2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 4 milyon 772,5 min ton həcmində xam neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xam neft istehsalı 340,8 min ton və ya 6,7% azalıb.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici müvafiq olaraq 5 milyon 113,3 min ton təşkil edib.
01.03.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 224,9 min ton təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 24,4 min ton və ya 9,8% azdır.
01.03.2023-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 249,3 min ton təşkil edib.