Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil edir.
Azərbaycanın neft-qaz ixracından gəlirləri kəskin azalıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatının pik səviyyəsi 2009-2010-cu illərdə gündəlik təxminən 1 milyon barel həcmində qeydə alınıb.
"Proqnozlarımıza görə, ölkədə ümumi maye karbohidrogen hasilatı 2024-2026-cı illər ərzində orta hesabla gündəlik 600 min bareldən bir qədər çox olacaq", - məlumatda qeyd edilib.
ABŞ Energetika Nazirliyindən qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku Azərbaycanda maye karbohidrogenlərin hasilatının əsas mənbəyidir. Baxmayaraq ki, burada hasilat 2010-cu ildə gündəlik 823,1 min barel səviyyəsində pik həddə çatıb:
"Bu yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” qaz yatağından əldə edilən kondensat Azərbaycanın hasil etdiyi və ixrac etdiyi əsas maye karbohidrogenlərdir".
Qurumun məlumatına görə, 2025-ci il yanvarın 1-nə Qazaxıstanda təsdiqlənmiş neft ehtiyatları 30 milyard barel, Türkmənistanda - 600 milyon barel, Özbəkistanda - 594 milyon barel təşkil edir.
Energetika Nazirliyindən həmçinin qeyd edilib ki, 2023-cü ildə Xəzər regionunun üç ölkəsi (Azərbaycan, Qazaxıstan, Türkmənistan) və Özbəkistanın payına qlobal enerji istehsalının 3 %-i, qlobal istehlakın isə 1 %-i düşüb. (Report)