2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları 2015-ci ilin analoji dövrü ilə müqayisədə 6,9% - 3 mlrd. 263,9 mln. manatadək azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 72%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövrü ərzində mədən sənayesinə investisiya qoyuluşları 2 mlrd. 960,9 mln. manat (azalma 12,3%) təşkil edib.
Emal sənayesinə 98,6 mln. manat (azalma 44,7%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 115,9 mln. manat (artım 2,4 dəfə) investisiya qoyulub.
Bundan başqa, 2017-ci ilin yanvar-aprel aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 323,1 mln. manat (artım 32%), rabitə və informasiya sahəsinə 75,9 mln. manat (artım 2,5 dəfə), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 22,4 mln. manat (azalma 62,9%), təhsil sahəsinə 10,6 mln. manat (azalma 20,6%) investisiya qoyuluşu həyata keçirilib.
Hesabat dövründə yaşayış evlərinin tikintisi sahəsinə 220,1 mln. manat (artım 27,5%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.