Milli Məclisə "Qaz təchizatı haqqında" yeni qanun layihəsi daxil olub.
FED.az xəbər verir ki, bunu Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
O qeyd edib ki, bu sənədin, eləcə də digər qanunların qəbulu bu sahənin inkişafına gətirib çıxarır.
Xatırladaq ki, hazırda qüvvədə olan "Qaz təchizatı haqqında" qanun 1998-ci ildə qəbul olunub. (Report)