Azərbaycanda təbii qazdan istifadəyə görə limitlər dəyişdirilib.
FEDaz xəbər verr ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Tarif Şurasının bu gün keçirilən iclasında qazdan istifadə limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb.
Bu zaman yaranan qiymət fərqini isə dövlət ödəyəcək. Nazir bildirib ki, limitin dəyişməsi 1,5 ailəyə və ya 6 min nəfərə təsir edəcək: «1,5 milyon abunəçi və 6 milyon nəfər bu güzəştdən istifadə edəcək. Əlavə olaraq 300 min abənçi də bu imkanlardan istifadə edəck bu da 1,2 milyon nəfər deməkdir».
Beləliklə, əgər indiyədək təbii qaz abunəçilərinin 70%-i güzəşdən istifadə edirdisə, bu gün bu göstərici 85% olacaq. Nazir bildirib ki, bu qərar mayın 1-dən qüvvəyə minəcək.
Azərbaycanda qaz limiti dəyişdi – TARİF ŞURASININ QƏRARI - YENİ RƏQƏMLƏR
19:20
30 Aprel 2019