Bu ilin yanvar-iyul aylarında “SOCAR PETROLEUM” QSC 11,9 milyon kubmetr sıxılmış təbii qaz (CNG) satıb.
Bu barədə FED.az “Report”a istinadən xəbər verir.
Məlumata görə, bunun 1,3 milyon tonu və yaxud təxminən 11%-i pərakəndə qaydada satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 30 dəfədən çox artıb.
Hazırda ölkədə yeganə CNG şəbəkə təchizatçısı olan “SOCAR PETROLEUM”a məxsus 29 yanacaqdoldurma məntəqəsinin beşində bu mühərrik yanacağının satışı həyata keçirilir və yeddi YDM-də CNG dolum məntəqələrinin montaj-quraşdırılma işləri yekunlaşdırılır. Cari ilin sonunadək isə “SOCAR PETROLEUM” QSC-in CNG satışını həyata keçirən yanacaq doldurma məntəqələrinin sayının 21-ə çatdırılması planlaşdırılır.
Xatırladaq ki, CNG – beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) və ən təhlükəsiz mühərrik yanacağıdır.