Növbəti iki il ərzində Azərbaycanda 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi planlaşdırılır.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə həyata keçirilən və ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dolları olan bu layihələr nəticəsində bərpa olunan enerji mənbələrinin ümumi enerji istehsalında payının artırılması nəzərdə tutulur.
“Proqnoza görə, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələri-nin payı 33,7 faizə, 2030-cu ildə 38 faizə və 2035-ci ildə isə 42,5 faizə çatdırılacaq”, - nazirlik qeyd edir.










