Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda (qaz kondensatı daxil olmaqla) 16 milyon 033,7 min ton xam neft hasil edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xam neft hasilatı 916,4 min ton və ya 5,4% azalıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 16 milyon 950,1 min ton təşkil edib.
1 avqust 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 248,7 min ton təşkil edib ki, bu da illik müqayisədə 37,9 min ton və ya 18% artımdır.
Ötən ilin eyni dövründə hazır neft ehtiyatı 210,8 min ton olub.
Hesabat dövrü ərzində ərzində Azərbaycanda 29 milyard 246,1 milyon kub metr təbii qaz hasil edilib.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təbii qaz hasilatı 211,1 milyon kub metr və ya 0,7% azalıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 29 milyard 457,2 milyon kub metr təşkil edib.