Azərbaycanda bəzi neft məhsulları üzrə istehsal azalıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-fevral aylarında 230,0 min ton avtomobil benzini istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,1% artıqdır. 2020-ci ilin martın 1-nə olan məlumata görə, anbarlarda hazır məhsul ehtiyatı 61,4 min tondur.
Cari ildə 44,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azdır. Martın 1-nə olan məlumata görə, anbarlarda hazır məhsul ehtiyatı yoxdur.
İki ayda 100,1 min ton ağ neft istehsal olunub ki, bu da əvvəlki dövrlə müqayisədə 3,3 faiz azalama deməkdir. Martın 1-nə olan məlumata görə, anbarlarda hazır məhsul ehtiyatı 50,0 min tondur.