Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 812,4 milyon manat təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 6,6% artıb.
Hesabat dövründə neft məhsullarının istehsalında neft bitumu istehsalı 58,9%, ağ neft 19,8%, avtomobil benzini 14,8% artıb.
Məlumata görə, hesabat dövründə ölkədə sürtkü yağlarının istehsalı isə 25,4% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar aşağıdakılardır:
Məhsul növləri |
2024-cü ilin yanvar-fevral aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.03.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
248,9 |
114,8 |
53,8 |
Ağ neft, min ton |
102,7 |
119,8 |
44 |
Qazoyllar (dizel yanacağı), min ton |
383,6 |
107,8 |
127,6 |
Mazut, min ton |
- |
- |
1,5 |
Sürtkü yağları, min ton |
9,1 |
74,6 |
3,9 |
Maye qazlar, min ton |
37,5 |
82,1 |
3,5 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
138,1 |
81,9 |
55,5 |
ondan: |
|||
neft bitumu, min ton |
32,1 |
158,9 |
11,6 |
neft koksu, min ton |
40,5 |
97,8 |
39,5 |