2020-ci ildə Azərbaycanda neft hasilatının kəskin azalması qeydə alınıb.
Energetika Nazirliyindən FED.az-a bildirilib ki, 2020-ci ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 31,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,6 milyon ton az olub.
Qeyd edək ki, bu 19,2 milyon barel və, neft bazarında orta qiyməti (40 dollar) nəzərə alanda 770 milyon dollar vəsait deməkdir.
Nazirlik bildirir ki, respublika üzrə neft hasilatının 21,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft hasilatı 6,8 milyon ton təşkil edib.
Çıxarılan neftin 26 milyon tonu ixrac edilib. Bu - 2019-cu ilin 11 ayına nisbətən, təxminən, 2,5 milyon ton (18,5 milyon barel və ya 740 milyon dollar), yəni 8,8 faiz azdır. Neftin 24,8 milyon tonu konsorsium, 1,2 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.