Azərbaycanda xam neft və qaz kondensatı hasilatı son 20 ildə – 2006-cı ildən bəri ən aşağı həddə enib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycanda
27 milyon 672 min ton xam neft və qaz kondensatı hasil edilib.
Bu 2024-cü illə müqayisədə 1 milyon 380 min ton və ya 4,75% azdır. Xatırladaq ki, 2024-cü ildə ölkədə xam neft və qaz kondensatı hasilatı 29 milyon 52 min ton olmuşdu.
Neft hasilatının azalması nəticəsində 2025-ci ildə ölkədə xam neft və qaz hasilatı son 20 ildə ən aşğı həddə düşüb.
Xatırladaq ki, Azərbaycanda neft hasilatının pik dövrü 2010-cu ilə təsadüf edib – «Əsrin müqaviləsi»nin tam gücü ilə işə düşdüyü həmin ildə ölkədə 50 milyon 838 min ton neft hasil edilib.
Ümumiyyətlə Azərbaycanda neft hasilatı 1994-cü ildə Azərbaycanın «Azəri»-«Çıraq»-«Günəşli» (dərinsulu hissəsi) 0 yataqlarını əhatə edən «Əsrin müqaviləsi» bağlandıqdan sonra artmağa başlayıb. 1994-1997-ci illərdə, yəni hələ müqavilə çərçivəsində neft hasilatı başlamadığı dövrdə Azərbaycanda illik neft hasilatı 9-9,5 milyon ton arasında dəyişirdi.

1997-ci ilin oktyabrında «Əsrin müqaviləsi» üzrə ilk neft çıxarılandan sonra neft hasilatı sürətlə artsmağa başlayıb. 1998-ci ildə 11 milyon ton, 1999-da 13 milyon ton, 2000-ci ildə 14 milyon ton neft çıxarılıb.
2005-ci ildə neft hasildatı artıq 22 milyon tona çatmışdı.
2006-cı ildə, Bakı Ceyhan kəməri işə düşdükdən sonra isə neft hasilatı sıçrayışlı şəkildə artaraq 30 milyon tonu keçdi.
2010-cu ildə – 50 milyon tonduq pik keçdikdən sonra hasilat mərhələli şəkildə azalıb: 2015-ci ildə 41,6 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2023-cü ildə 30,1 milyon ton təşkil edib.
Proqnozlar qarşıdakı illərdə də neft hasilatının azalacağını göstərir. Belə ki, 2026-cı ilin ilk 6 ayında (yanvar-iyun ayları) ölkədə 13,3 milyon ton neft çıxarılıb.





![Azərbaycanda neft hasilatı - [red]Son 20 ildə ən aşağı həddə - QRAFİK[/red] | FED.az](/upload/news/small/2572187.jpeg)
![Azərbaycanda neft hasilatı - [red]Son 20 ildə ən aşağı həddə - QRAFİK[/red] | FED.az](/upload/news/small/3675128.png)







