Yanvar-aprel aylarında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 10.2 mln. ton, ixracı isə 8.5 mln. ton olub.
Azərbaycanda neft hasilatı getdikcə azalır - İLLƏR VƏ RƏQƏMLƏR, YENİ PROQNOZ
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
2022-ci ilin eyni dövründə neft hasilatının həcmi 11.1 mln. ton olduğunu nəzərə alsaq, hasilat 8.1% azalıb.
Hasilatın azalması ixraca da təsir edib. Ötən il 9 mln. ton neft ixrac olunmuşdu və bu illik müqayisədə 5.56%-ə yaxın enişdir.
Bu dövrdə 2.6% artımla hasil edilmiş 16.2 mlrd. metr-kub qazın 8.4 mlrd. metr-kub ixrac olunub.