Azərbaycan hökuməti 2017-ci ildə neft hasilatını 39 mln. 796,9 min ton səviyyəsində proqnozlaşdırır, bu da 2016-cı ilin göstəricisindən 3,7% azdır. Bu barədə hökumətdən məlumat verilib.
Proqnozlara əsasən, 2017-ci ildə respublikada qaz hasilatı 28 mlrd. 390 mln. kubmetr təşkil edəcək, bu da ötən ilin göstəricisindən 2,9% azdır.
Xəbər verildiyi kimi, 2016-cı ilin yekunları üzrə Azərbaycanda neft hasilatını 41 mln. 306,4 min ton, qaz hasilatı 29 mlrd. 242,5 mln. kubmetr təşkil edəcək.
2015-ci ildə Azərbaycanda neft hasilatı 41 mln. 628,3 min ton, qaz hasilatı 29 mlrd. 175,1 mln. kubmetr təşkil edib.
İnterfax©