Azərbaycanda avtomobillər üçün istifadə olunan maye qaz bahalaşıb. Bu barədə FED.az-a yanacaqdoldurma şirkətlərindən bildirilib. Məlumata görə, sentyabrın 6-dan etibarən propan qazının (LPG) bir litrinin qiyməti 40 qəpikdən 45 qəpiyə yüksəlib.
Xatırladaq ki, avtomobillərdə istifadə olunan digər maye qaz növü – metanın qiyməti indiyədək 45 qəpik idi. Onun qiyməti dəyişməyib indi hər iki maye qaz növü 45 qəpiyə satılır.