Dövlət Vergi Xidməti (DVX) «Masdar Pauer Servisiz Azerbaycan» MMC-ni qeydiyyata alıb.
FED.az xəbər verir ki, bu barədə DVX-dən məlumat verilib.
“Şirkət avqustun 23-də qeydiyyatına alınıb. Nizamnamə kapitalı $5 minı bərabərdir”, - Xidmətdən qeyd ediblər.
Cəmiyyətin rəsmi nümayəmdəsi Dilarə İsrafilovadır.
Xəbər verildiyi kimi, 25 fevral 2021-ci ildə Dövlət Vergi Xidməti (DVX) “Masdar Azerbaycan” MMC-ni dövlət qeydiyyatına alıb. Nizamnamə kapitalı 100 manat təşkil edir (şirkətin qanuni təmsilçisi də Dilarə İsrafilovadır).
Hazırda “Masdar” Qaradağ Günəş Elektrik Stansiyasının (GES) tikintisini həyata keçirir. 230 MVt gücündə stansiyanın 2023-cü ilin sonunda işə salınması planlaşdırılır.
Layihənin ümumi dəyəri $250 milyon təşkil edir.
Layihənin həyata keçirilməsi 110 min mənzili elektrik enerjisi ilə təmin etməyə, ildə 110 milyon kubmetr qaza qənaət etməyə və 200 min ton karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək. Bu layihə Azərbaycana istilik enerjisinin istehsalından asılılığı azaltmağa, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı hədəflərə çatmağa kömək edəcək.
Bu layihənin icrası Azərbaycanın enerji sistemində bərpaolunan enerji güclərinin müəyyən edilmiş xüsusi çəkisini 16,5%-dən 21,2%-dək çatdırmağa imkan yaradacaq. (İnterfaks-Azərbaycan)