Azərbaycanda istismarı icazə əsasında həyata keçirilən elektrik qurğularına dair tələb dəyişir.
Prezident "Energetika haqqında" Qanunu imzaladı - FƏRMAN
FED.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 1 yanvar 2024-cü ildən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək.
Qüvvədə olan qanuna əsasən, 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilərdi.
Qanun layihəsi tələb olunan gücü 150 - 200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsi (icazə tələbinin aradan qaldırılması) məqsədilə hazırlanıb. Bununla da tikinti obyektlərinin tələb olunan elektrik enerjisi gücü 200 kVt-dək olduqda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma işləri başa çatdırıldıqdan sonra elektrik qurğularının istismarına icazə alınması tələb olunmayacaq.