Noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2408,9 milyon kVt/saat, ixracı 233,9 milyon kVt/saat, idxalı 10,4 milyon kVt/saat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumta görə, bu barədə bu ilin 11 ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlarında deyilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 288,4 milyon kVt/saat, ixrac 146,1 milyon kVt/saat artıb, idxal isə 0,3 milyon kVt/saat azalıb.