Bu ilin aprel ayında Azərbaycanın enerji sistemində 1,8 mlrd. kVt/s.-a yaxın elektrik enerjisi istehsal olunub.
“Azərenerji” ASC-nin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7% çoxdur.
Məlumata görə, ötən ay ölkə üzrə istehsalın təxminən 98%-i və yaxud 1,769 mlrd. kVt/s-ı “Azərenerji”nin payına düşüb.
Bununla yanaşı, ay ərzində Azərbaycanın enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.
“Azərenerji”nin bu ilin ilk 4 ayı ərzində istehsal etdiyi elektrik enerjisinin həcmi isə 7,897 mlrd. kVt/s. olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,3% çoxdur.