2021-ci ildə Azərbaycanda 27 856 mln. kVt/s və yaxud 2020-ci illə müqayisədə 7,9% çox elektrik enerjisi istehsal olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötənilki istehsalın 2 591,2 mln. kVt/s-ı dekabr ayının payına düşüb. Bu isə əvvəlki ilin dekabr ayına nisbətən 8,4% çoxdur.
2021-ci ildə elektrik enerjisi istehsalının 25 104,1 mln. kVt/s-ı və yaxud təxminən 90%-i “Azərenerji” ASC-nin, 2 300,9 mln. kVt/s-ı müstəqil elektrik stansiyalarının, 451 mln. kVt/s-ı isə Naxçıvan MR Dövlət Energetika Xidmətinin payına düşüb.
Ayrı-ayrı mənbələrə gəlincə isə, ötən il istilik elektrik stansiyalarında 26 238,8 mln. kVt/s, su elektrik stansiyalarında 1 277,3 mln. kVt/s, külək elektrik stansiyalarında 91,5 mln. kVt/s, günəş elektrik stansiyalarında 55,2 mln. kVt/s, İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 193,2 mln. kVt/s enerjisi isehsal edilib.