Bu ilin yanvar ayında Azərbaycanın enerjisi sistemində 2,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC-dən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7%-dir. Enerji istehsalının 2,164 mlrd. kVt/saatı və yaxud 98,36%-i “Azərenerji”nin payına düşüb.
İstehsalla yanaşı, ay ərzində qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi də davam etdirilib.