Bu ilin birinci yarısında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 977 mln. manat olub ki, bu da illik müqayisədə 15,5% artıb.
Eləcə də bax: Azərbaycanda benzin istehsalı - Azalıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü neft məhsullarından sürtkü yağlarının istehsalı 79,6 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 53% , neft koksunun istehsalı 18,3%, dizel yanacağının istehsalı 10% , neft bitumunun istehsalı 10,4%, artıb.
Məlumata görə, hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 5,3%, ağ neftin istehsalı 43%, yanacaq mazutunun istehsalı isə 37,8% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
Yanvar-iyun, 2021 |
İllik müqayisə, % |
Avtomobil benzini, min ton |
579,1 |
94,7 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
211,8 |
153 |
Ağ neft, min ton |
241,4 |
96 |
Dizel yanacağı, min ton |
1 230,8 |
110 |
Yanacaq mazutu, min ton |
24,4 |
62,2 |
Sürtkü yağları, min ton |
24,6 |
179,6 |
Neft bitumu, min ton |
150,1 |
110,4 |
Neft koksu, min ton |
131,8 |
118,3 |
(Apa)