Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 668 min barel olub.
Azərbaycanda neft hasilatı 5,6 faiz azalıb, qaz hasilatı isə - 7,3 FAİZ ARTIB
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, bunun 548 min barelini xam neft, 120 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 34-cü iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.