Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 38 463,7 min manatlıq elektrik enerjisinin nəqli üzrə xidmətlər göstərilib, bu da illik müqayisədə 16,9% azdır.
Eləcə də bax: Prezidentdən enerji təminatının yaxşılaşdırılması ilə bağlı - YENİ SƏRƏNCAM
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında bu göstərici 46 295,1 min manat təşkil edib.
Məlumata görə, hesabat dövrü ərzində ölkədə 3 160,4 min manat həcmində elektrik enerjisinin paylanması üzrə xidmətlər göstərilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 84,5% çoxdur. 2021-ci ilin birinci rübündə bu göstərici 1 741,3 min manat təşkil edib.
Qeyd edilir ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 15 449,59 QVt/saat elektrik enerjisi satılıb ki, bu da illik müqayisədə 1,6% artım deməkdir. Ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 15 208,9 QVt/saat təşkil edib. (Apa)