Enerji səmərəliliyi tədbirləri nəticəsində binaların enerji istehlakını 65% və daha çox azaltmaq olar.
Eləcə də bax: Azərbaycanda binalara enerji sertifikatı - VERİLƏ BİLƏR
FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda enerji səmərəliliyinin daha da yaxşılaşdırılmasına dəstək” layihəsi çərçivəsində qrup lideri və dayanıqlı enerji üzrə ekspert Bilyana Çobanova bildirib.
Onun sözlərinə görə, təkcə binalarda izolyasiya tədbirləri nəticəsində enerjinin istehlakını 60% azaltmaq mümkündür.
“İzolyasiya və işıqlandırma sahəsində (enerjiyə qənaət edən lampaların istifadəsi – red.) tədbirlər nəticəsində enerji istehlakını haradasa 65% azaltmaq mümkün olar”, - Bilyana Çobanova qeyd edib.
Onun sözlərinə görə, binalarda daha səmərəli cihazların istifadə olunduğu təqdirdə enerji istehlakını daha da azaltmaq olar.
Qeyd edək ki, Bilyana Çobanovanın fikrincə, Azərbaycanda istifadə olunan enerjinin 40%-dən çoxu binaların payına düşür və burada enerji səmərəliliyinin artırılması elektrik enerjisinin qənaətinə gətirib çıxaracaq. (Apa)