Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 365,5 mln. manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 18,4% azalıb.
Eləcə də bax: Azərbaycan xaricdən $74.5 mln.-luq Aİ-92 markalı benzin alıb - 1 LİTRİ 1.36 MANATA
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,5 dəfə, neft bitumunun istehsalı 40,3% artıb, avtomobil benzininin istehsalı 19,2%, sürtkü yağlarının istehsalı 25,3%, dizel yanacağının istehsalı 33,4%, neft kimya sənayesində istifadə üçün benzin istehsalı 36,7%, neft koksunun istehsalı isə 44,8% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasına başlanılıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
| 
			 Məhsul növləri  | 
			
			 Yanvar-may 2022-ci il  | 
			
			 İllik müqayisə, %  | 
		
| 
			 Avtomobil benzini, min ton  | 
			
			 386,8  | 
			
			 80,8  | 
		
| 
			 Neft-kimya sənayesində istifadə üçün benzin, min ton  | 
			
			 111,9  | 
			
			 63,3  | 
		
| 
			 Ağ neft, min ton  | 
			
			 199,1  | 
			
			 105,1  | 
		
| 
			 Dizel yanacağı, min ton  | 
			
			 677  | 
			
			 66,6  | 
		
| 
			 Yanacaq mazutu, min ton  | 
			
			 61,4  | 
			
			 2,5 dəfə  | 
		
| 
			 Sürtkü yağları, min ton  | 
			
			 17,1  | 
			
			 74,7  | 
		
| 
			 Neft bitumu, min ton  | 
			
			 129,4  | 
			
			 140,3  | 
		
| 
			 Neft koksu, min ton  | 
			
			 61  | 
			
			 55,2  | 
		
(Apa)


            
                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







