Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 mlrd. 314,9 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çoxdur,
Hesabat dövründə neft məhsullarından mazut istehsalı 5,1 dəfə, sürtkü yağları istehsalı 13,3%, ağ neft istehsalı 11,1%, neft bitumu istehsalı 2,7%, dizel yanacağının isə 1,7% artıb.
Məlumata görə, yanvar-oktyabr ayıarında ölkədə avtomobil benzini istehsalı 0,7%, neft koksu istehsalı isə 11,1% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar: