Bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 443,8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə nneft məhsullarından mazut istehsalı 5,1 dəfə, ağ neft istehsalı 12,1%, sürtkü yağları istehsalı 9,7%, neft bitumu istehsalı 2,6%, avtomobil benzini istehsalı 2,3%, dizel yanacağının istehsalı isə 1,2% artıb.
Qeyd olunur ki, hesabat dövründə ölkədə neft koksu istehsalı isə 13,9% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2024-cü ilin yanvar- avqust aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.09.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
973,4 |
102,3 |
23,0 |
Ağ neft, min ton |
430,7 |
112,1 |
35,6 |
Qazoyllar (dizel yanacağı), min ton |
1565,4 |
101,2 |
147,3 |
Mazut, min ton |
26,6 |
5,1 d. |
1,2 |
Sürtkü yağları, min ton |
43,9 |
109,7 |
6,3 |
Maye qazlar, min ton |
132,5 |
83,0 |
0,8 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
747,6 |
101,3 |
37,9 |
ondan: |
|||
neft bitumu, min ton |
175,9 |
102,6 |
10,9 |
neft koksu, min ton |
138,4 |
86,1 |
24,1 |