Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 045 ton olub.
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, bunun 64 870 tonunu xam neft, 11 175 tonunu kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.
Beləliklə, Azərbaycan avqust ayında "OPEC+" çərçivəsində kvotasından 9 389 ton geridə qalıb.