14 il əvvəl xaricdən ölkəyə idxal olunan Aİ-95 markalı avtomobil benzini, artıq ölkəmizdə avro-5 standartlarına uyğun istehsala başlayıb və satışa çıxarılıb.
Bu gündən Aİ-95 benzin ucuzlaşır - YENİ QİYMƏT
FED.az xəbər verir ki, neft emalı zavodunun mühəndisi Oqtay Mürsəlov bildirib ki, avro-5 standartlarına cavab verən Aİ-95 markalı benzin satışa təqdim edilməzdən öncə labaratoriyada keyfiyyət testindən keçir.
Oqtay Mürsəlov onu da bildirib ki, hazırda Aİ-95 bazardakı tələbatı tam olaraq ödəyir.
Xatırladaq ki, daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiyməti 15 iyuldan etibarən 40 qəpik ucuzlaşaraq 1 manat 60 qəpik olub.