Azərbaycan hökuməti 2023-cü ildə avtomobil benzini istehsalını 1 milyon 444 min ton, dizel istehsalını 2 milyon 533 min ton səviyyəsində proqnozlaşdırır.
11 ayda Azərbaycanda əhali 2,53 milyard manata yaxın - Benzin və Dizel Yanacağı Alıb
FED.az hökumətin proqnozlarına istinadən bildirir ki, 2024-cü ildə ölkədə benzin istehsalı 1 milyon 519,6 min tona, 2025-ci ildə 1 milyon 535,6 min tona, 2026-cı ildə isə 1 milyon 551,6 min tona qədər artacaq. Beləliklə, 2023-2026-cı illərdə benzin istehsalı 7,5% artacaq.
Proqnozlara görə, 2024-cü ildə 2 milyon 542,6 min ton, 2025-ci ildə 2 milyon 536,5 min ton, 2026-cı ildə 2 milyon 535,6 min ton dizel yanacağı istehsal ediləcək. Beləliklə, 2023-2026-cı illərdə ölkədə dizel yanacağı istehsalı 0,1% artacaq.
Hökumət 2022-ci ildə benzin və dizel yanacağının istehsal göstəricilərini açıqlamır.
Xəbər veriliyi kimi, Dövlət Statistika Komitəsinin məlumatına göə, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 159,5 min ton avtomobil benzini (artım 1,8%), 1 milyon 855,5 min ton dizel yanacağı (azalma 17,1%) istehsal olunub.
2021-ci ildə avtomobil benzininin istehsalı həcmi 1 milyon 259,5 min ton (artım 7,9%), dizel yanacağının istehsal həcmi 2 milyon 403,6 min ton (artım 16,2%) təşkil edib.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.(İnterfaks-Azərbaycan)