Xam neft ixracından Azərbaycana daxil olan valyuta 3 milyard 665 milyon 501 min dollar azalıb.
Eləcə də bax: Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft - HASİL EDİB
FED.az Dövlət Gömrük Komitəsinin Sentyabr hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin 8 ayı ərzində Azərbaycandan 6 milyard 793 milyon 284 min dollar dəyərində 20 milyon 746 min 772 ton xam neft ixrac edilib. Ötən ilin 8 ayında Azərbaycandan 10 milyard 458 milyon 785 min dollar dəyərində 21 milyon 452 min 779 ton xam neft ixrac edilmişdi.
Beləliklə, xam neft ixracı miqdar ifadəsilə 3,3%, dəyər ifadəsilə 35% azalıb.
Xam neft satışından ölkəyə daxil olan valyutanın azalması qiymətlərin düşməsilə bağlıdır.
Müqayisə olunan dövrdə təbii qaz ixracından gəlirlər 1 milyard 421 milyon 244 min dollardan 1 milyard 702 milyon 883 min dollara yüksəlib (281 milyon 639 min dollar artıb). (Marja)