Azərbaycana xaricdən idxal olunan, reaktiv mühərriklər üçün TC-1 markalı və digər markalı yanacaqlar üçün 15 faiz idxal gömrük rüsumu və aksiz vergisi ləğv edilib.
FED.az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2 qərarı ilə mümkün olub.
Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 23.08.2022 tarixli 323 nömrəli Qərarı ilə ölkəyə idxal edilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin reaktiv mühərriklər üçün digər yanacağın aksiz dərəcəsi 2022-ci ilin sonunadək 1 tona görə 1 manat təsdiq edilib.
Hökumətin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 23.08.2022 tarixli 324 nömrəli Qərarı ilə ölkəyə idxal edilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin reaktiv mühərriklər üçün digər yanacağın idxal gömrük rüsumu 2022-ci ilin sonunadək 0 faiz təsbit olunub.