“Azəri-Mərkəzi-Şərqi” (ACE) platforması Londonda yerləşən beynəlxalq sığorta şirkəti tərəfindən sığortalanıb.
FED.az xəbər verir ki, bunu layihə üzrə dayaq bloklarının təqdimat mərasimində BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri, ACE layihəsinin baş meneceri Nill Filips verib.
“ACE layihəsinin bütün tərəfdaşları risklərdən sığortalanmağa üstünlük verir və biz SOCAR tərəfindən beynəlxalq sığorta strategiyasına uyğun olaraq risklərin sığortalanması üçün icazə almışıq", - deyə Nill Filips bildirib. (Azərtac)