Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin ən mühüm halqası olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsi nəzərə tutulandan daha aşağı xərclə tikilib.
Bu barədə FED.az-a TANAP-ın Baş direktoru Saltuk Düzyol kəmərin Ədirnənin İpsala qəsəbəsindəki MS4 ölçmə məntəqəsində məlumat verib.
Eləcə də bax: SOCAR: TANAP-ın tikintisi zamanı $5 mlrd vəsaitə qənaət edilib
Tikinti barədə qərar qəul edilərkən 11,7 milyard dollara başa gələcəyi gözlənilən layihənin tikintisi zamanı maksimum səmərəlilik nəticəsində layihə 45% qənaətlə icra edilib və 6,5 milyard dollara başa gəlib.
1850 kilometrlik qaz xətti Türkiyənin 20 şəhəri 67 qəsəbəsi və 600 kəndindən keçən layihə hələ bu ilin iyulun 1-də Avropaya qaz ötürülməsi üçün hazır vəziyyətə gətirilib.
Türkiyə, Orta Şərq və Avropanın ən uzun və ən geniş qaz kəməri sayılan TANAP-ın ilk yarısında yarısında – Ərdahandan Əski şəhərə kimi hissədə kəmərin diametri 56 düym, Əskişəhərdən Edirnəyə qədər 48 düym ölçüdədir. Hazırda kəmər tamamilə Azərbaycan qazı ilə doldurulub və Türkiyə-Yunanıstan sərhədində digər iri layihə olan TAP-a qaz verilməsi üçün hazır vəziyyətə gətirilib.
Layihənin ilk mərhələsində nəql ediləcək 16 milyard kubmetr qazın 6 milyard kubietrini Türkiyənni Botaş şirkəti, qalan 10 milyard kubmetrini isə Avropa şirkətləri alacaq. Sonradan isə layihənin daşıma gücü ildə 31 milyard kubmetrə çatdırılacaq.