Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barel olub.
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, hasil olunan həcmlərin 580,9 min barelini xam neft, 119,6 min barelini isə kondensat təşkil edib.
Beləliklə, Azərbaycan yanvarda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) öhdəliyini 112% yerinə yetirib.
Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulurdu.