Azərbaycan 2024-cü ilin yanvar ayında 6 min 826,12 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 2,8 dəfə çoxdur.
Azərbaycanda əhali ilk iki ayda 449 mln. manatlıq - BENZİN VƏ DİZEL YANACAĞI ALIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $6 milyon 515,17 min (artım 2,6 dəfə) təşkil edib.
İdxalın əsas həcmi - $3 milyon 381,94 min dəyərində (artım 35,8%) 3 min 620,71 ton (artım 47,2%) Rusiyanın, qalan həcm isə Yunanıstan ($1 milyon 133,37 min dəyərində 1 min 111,14 ton), BƏƏ ($697,45 min dəyərində 782,77 ton), Rumıniya ($602,78 min dəyərində 568,76 ton), Belarus ($447,74 min dəyərində 492,8 ton) və Bolqarıstanın ($252,43 min dəyərində 249,93 ton) payına düşüb.
2024-cü ilin yanvar ayında Azərbaycana $130,42 min dəyərində 106,38 ton “Super Euro-98” markalı benzin idxal edilib. Tədarükün bütün həcmi Rumıniyanın payına düşüb.
2023-cü ildə Azərbaycan $83 milyon 183,27 min dəyərində (azalma 18,9%) 86 min 36,95 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 13,5%) idxal edib.
2023-cü ildə Azərbaycana $2 milyon 451,7 min dəyərində (artım 19,5%) 2 min 31,38 ton (artım 21,6%) “Super Euro-98” markalı avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir. (İnterfaks-Azərbaycan)