2023-cü ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən 255 milyon 612,69 min kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 84,2% azdır.
Azərbaycanın yanvar ayı üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 7,46%-i (2022-ci ilin yanvar ayında 26,02%-i) qaz ixracının payına düşüb.
Azərbaycan qazının ixrac dəyəri $140 milyon 36,77 min (azalma 82,6%) təşkil edib.
DGK Azərbaycan qazının ixrac olunduğu ölkələrin sıralamasını dərc etmir.
DGK tərəfindən ixrac statistikası bəyannamə əsasında aparılır. Satılmış qaza dair bəyannamə onun boru kəmərləri ilə nəqli zamanı deyil, real satışı həyata keçirildikdən sonra təqdim olunur.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Rumıniyaya qaz ixracı isə 2023-cü il yanvarın 1-dən etibarən həyata keçirilir.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir. (İnterfaks-Azərbaycan)