2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 7 milyard 233 milyon 393,64 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 7,7% azdır.
Eləcə də bax: Azərbaycan bu il qaz hasilatını - 14% ARTIRIB
FED.az xəbər verir ki,bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 35,34%-i (2021-ci ilin yanvar-aprel aylarında 17,78%-i) qaz ixracının payına düşüb.
Azərbaycan qazının ixrac dəyəri $4 milyard 178 milyon 230,05 min (artım 3,7 dəfə) təşkil edib.
DGK Azərbaycan qazının ixrac olunduğu ölkələrin sıralamasını dərc etməyib.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr qaz ixrac edib.
Daha əvvəl TAP AG şirkəti bildirmişdi ki, 2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək TAP qaz kəməri ilə Avropaya 8,2 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. Bu həcmin 6,8 milyard kubmetrdən çoxu İtaliyaya, qalanı isə Yunanıstana və Bolqarıstana tədarük edilib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir. (İnterfaks-Azərbaycan)