Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyasının texniki sessiyası çərçivəsində Azərbaycanda səfərdə olan Özbəkistanın Dövlət Vergi Komitəsinin sədri Şerzod Kudbiyev ilə görüşüb.
FED.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, görüşdə şirkətin təcrübəsinə əsasən müxtəlif biznes modellərinin vergitutma prosesinə təsiri, təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə olunub.
Söhbət zamanı qaz hasilatı, emalı, nəqli və pərakəndə satışı zamanı vergi effektivliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.