Azərbaycan və Norveç digər Avropa ölkələrinə enerji böhranından çıxmağa kömək edəcəklər.
FED.az xəbər verir ki. Bunu jurnalistlərə Avropa Siyasi Birliyinin (APC) cümə axşamı günü Praqada liderlərin iştirakı ilə başa çatan birinci iclasının yekunlarına görə Avropa İttifaqına sədrlik edən Çexiyanın baş naziri Petr Fiala bildirib.
"Avropada hər bir Avropa ölkəsinin üzləşdiyi ən böyük problemlərdən biri enerji qiymətləridir. Biz Rusiyadan olduğu kimi (enerji sahəsində), bizi şantaj edə biləcək dövlətlərdən asılılıqdan qurtulmalıyıq. Mənbələri (enerji xammalı əldə etmək üçün) diversifikasiya etməliyik. Biz burada [Praqada] Norveç və Azərbaycan kimi ölkələrdən zəmanət aldıq ki, onlar Avropa İttifaqı ilə əməkdaşlığa və bizə kömək etməyə hazırdırlar. Bu, son dərəcə vacibdir”, - Fiala bildirib. (Marja)