Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevin yanacaq dəstəyi vəd etdiyini açıqlayıb.
Rusiya Ukraynaya zərbələr endirməkdə davam edərkən, Ukrayna dünyanın müxtəlif ölkələrindən dəstək almağa davam edir.
FED.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Danışıq zamanı Əliyevin yanacaq dəstəyi vəd etdiyini açıqlayan Zelenski, "Azərbaycan Prezidenti ilə söhbətimizdə mülki əhaliyə qarşı hücumların əhəmiyyəti və humanitar dəhlizlərin aktuallığı müzakirə olundu. O, buna hazır olduğunu söylədi. Humanitar yardım və əkin dövrü üçün yanacaq dəstəyi təmin ediləcək”,- qeyd edib. (Marja)