Bu ilin 12 ayı ərzində Azərbaycan Türkmənistandan 36 milyon 408 min dollar dəyərində 238 milyon 842 min kubmetr təbii qaz idxal edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Türkmənistandan qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 24 milyon 368 min dollar və ya 40,1%, miqdar ifadəsilə isə 166 milyon 330 min kubmetr, başqa sözlə 41% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkmənistandan 60 milyon 776 min dollar dəyərində 405 milyon 172 min kubmetr təbii qaz gətirilmişdi.
Bu ilin nəticələrinə görə Türkmənistandan idxal edilən təbii qazın hər 1000 kubmetrinin orta idxal qiyməti 152,4 dollar (təxminən 259 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 150 dollar (təxminən 255 manat) idi. Bu da illik müqayisədə 2,4 dollar (4 manat) və ya 1,6% cüzi bahalaşma deməkdir.
Azalmaya baxmayaraq, Türkmənistan bu il də Azərbaycanın ən böyük qaz tədarükçüsü olaraq qalıb.











