Azərbaycan Türkiyəyə "Şah-dəniz-1" layihəsi çərçivəsində qaz ixracını aprelin 17-dən dayandırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı anews.az-a istinadən xəbər verir ki, bu barədə "SOCAR"ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verib.
"Şah-dəniz-1" layihəsinin müddəti bitdiyi üçün Azərbaycan Türkiyəyə bu layihə çərçiivəsində qaz ixracını aprelin 17-dən dayandırıb. Tərəflər yeni müqavilənin imzalanacağına ümidlidir", - deyə Əhmədov bildirib.
"Şah dəniz-1" çərçivəsində Türkiyəyə ildə 6,5 milyard kubmetr qaz ixrac edilirdi. "Şah-dəniz-2 " çərçivəsində Türkiyəyə qaz ixracı davam edir.