2025-cü ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 253 milyon 295 min dollar həcmində 875 milyon 811 min kub metr təbii qaz ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 37 milyon 458 min dollar və ya 4,5% artıb, həcm ifadəsilə isə 1 milyon 310 min kub metr, başqa sözlə 0,5% azalıb.
Qeyd edək ki, 2024-cü il ilk ayı ərzində Azərbaycandan bu ölkəyə 254 milyon 605 min dollar dəyərində 838 milyon 353 min kub metr təbii qaz ixrac olunmuşdu.
Ötən ilin ilk ayının nəticələrinə görə Azərbaycanın Türkiyəyə ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 49 qəpik təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3 qəpik (4,8%) azalma deməkdir.
Ötən ilin müvafiq dövründə isə Türkiyəyə ixrac edilmiş kub metrinin orta ixrac qiyməti 52 qəpiyə bərabər olub.