2022-ci ilin mayında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb.
Eləcə də bax: Azərbaycan İtaliya və Yunanıstana qaz ixracını - 3 DƏFƏ ARTIRIB
FED.az bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.
Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 1,438 milyard, İrandan 862 milon, Azərbaycandan isə 681 milyon kubmetr təşkil edib.
May ayında Rusiyadan Türkiyəyə qaz ixracı 22,7 faiz azalıb, İrandan isə 0,16 faiz artıb.
2022-ci ilin mayında Türkiyənin ümumi qaz idxalı ötən ilin mayı ilə müqayisədə 3,6 faiz artaraq 3,729 milyard kubmetr təşkil edib. Türkiyə 2,982 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 747 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.
Türkiyənin boru kəməri ilə qaz idxalı 5,3 faiz azalıb, mayeləşdirilmiş təbii qaz idxalı isə 66,2 faiz artıb. (Trend)