Bakı Türkiyədə energetika sahəsində Ər-Riada birgə fəaliyyət həyata keçirməyi təklif edir.
FED.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyev bu gün Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz D.Əlfalih ilə görüşü zamanı bəyan edib.
“Ölkələrimiz nəinki neft-qaz, həm də digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlara malikdir. SOCAR və “Saudi Aramco” arasında əməkdaşlıq məsələlərini SOCAR-ın Səudiyyə Ərəbistanında və “Saudi Aramco”nun ölkəmizdə layihələrdə iştirakı, həmçinin Türkiyədə birgə fəaliyyət imkanlarını müzakirə edəcəyik”, - deyə N.Əliyev jurnalistlərə bildirib.