Azərbaycan ərazisi ilə Qazaxıstan neft və neft məhsullarının tranzitini həyətə keçirilməsi məsələləri ilə bağlı işçi qrupunun üçüncü iclasının qısa zamanda keçirilməsi məsələsi tərəflər arasında razılaşdırılıb.
SOCAR Qazaxıstan neftinin - TRANZİTİNƏ BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclasının nəticələrinə görə imzalanmış Protokolda deyilir.
“Tərəflər neft və neft məhsullarının nəqli sahəsində əməkdaşlığın davam etdirilməsi barəsində razılığa gəlib”, - sənəddə qeyd olunur.
Vurğulanır ki, Azərbaycan tərəfi daha çox Qazaxıstan neftinin həcmlərini nəql etməyə hazırdır.
Bununla yanaşı protokolda bildirilir ki, Azərbaycan və Qazaxıstan yerli şirkətləri iki ölkələrin ərazilərində bərpa olunan enerji mənbələri ilə bağlı keçirilən hərraclarda iştirak etməyə dəvət edib.
“Tərəflər enerjiyə qənaət və enerji səmərəliliyi sahəsində əməkdaşlığın inkişafı və bilik və mütərəqqi təcrübə mübadiləsi barəsində razılığa gəlib”, - sənəddə bildirilir.
Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 mln. ton "Tengiz" yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə çərçivəsində həyata keçirilir.
2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.
SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb. (Apa)