2024-cü ildə Azərbaycanda 48 milyard 496,7 milyon kub metr həcmində təbii qaz hasil edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təbii qaz istehsalı 2 milyard 100 milyon kub metr və ya 4,3% artıb.
2023-cü ildə isə istehsal 48 milyard 496,7 milyon kub metr təşkil edib.
01.01.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı olmayıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan 8 milyard 407 milyon dollar həcmində 25 milyard 772 milyon kub metr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumata görə təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyard 271 milyon dollar və ya 38,5%, miqdar ifadəsilə isə 851,2 milyon kub metr, başqa sözlə 3,2% azalıb.
Qeyd edək ki, 2023-cü il ərzində Azərbaycandan 13 milyard 678 milyon dollar dəyərində 26 milyard 623 milyon kub metr təbii qaz ixrac olunmuşdu.
Ötən ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 55 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 87 qəpik idi. Bu da illik müqayisə ilə 32 qəpik və ya 36,5% azalma deməkdir.
Ötən il ümumi ixracın 31,66%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 40,35% olub.
Ötən il ümumilikdə ən çox qaz Türkiyəyə ixrac edilib. Belə ki, bu ölkəyə ixrac edilmiş təbii qazın miqdarı 9,8 milyard kubmetr, həcmi isə təxminən 3 milyard dollar təşkil edib. Bu ölkəyə ixrac olunan qazın hər kub metrinin orta ixrac dəyəri 52 qəpiyə bərabər olub.
İtaliaya ixrac edilmiş təbii qazın miqdarə 9,8 milyard manata yaxınlaşıb, dəyəri 4 milyard dollardan yüksək. hər kub metr üçün orta statistik dəyər isə 70 qəpik olub.
Ən ucuz qiymətə isə 17 qəpiyə Gürcüstana satılıb.
Azərbaycan özü də iki əsas ölkədən 87 milyon dollar dəyərində 54,7 milyard kubmetr mavi yanacaq alıb. Hər kub metr üçün qazın orta idxal dəyəri təxminən 27 qəpik təşkil edib. Rusiyadan idxal olunanq azın orta idxal qiyməti 31 qəpik, Türkmənistan üçün 26 qəpik olub..
S/n |
Təbii qaz, qaz halında |
54 6819 580 |
86 988 380 |
$0,16 |
0,27 ₼ |
|
Ölkələr |
İdxal (m3) |
Məbləğ (dollar) |
1 m3 orta idxal qiyməti (dollar) |
1 m3 orta idxal qiyməti (manat) |
1 |
Rusiya |
14 164 7860 |
26 204 850 |
$ 0,18 |
0,31 ₼ |
2 |
Türkmənistan |
40 517 1730 |
60 775 760 |
$ 0,15 |
0,26 ₼ |
3 |
ABŞ |
7770 |
|
|
|
|
Ölkələr |
İxrac (m3) |
Məbləğ (dollar) |
1 m3 orta ixrac qiyməti (dollar) |
1 m3 orta ixrac qiyməti (manat) |
1 |
Yunanıstan |
927 128 920 |
397 547 140 |
$ 0,43 |
0,73 ₼ |
2 |
İtaliya |
9 798 427 040 |
4 052 665 420 |
$ 0,41 |
0,70 ₼ |
3 |
Serbiya |
72 063 950 |
29 151 700 |
$ 0,40 |
0,69 ₼ |
4 |
Bolqarıstan |
1 896 246 150 |
618 741 240 |
$ 0,33 |
0,55 ₼ |
5 |
Türkiyə |
9 812 155 670 |
2 985 917 140 |
$ 0,30 |
0,52 ₼ |
6 |
Gürcüstan |
3 266 196 030 |
322 706 070 |
$ 0,10 |
0,17 ₼ |