2025-ci il ərzində Azərbaycan 8 milyard 821 milyon dollar dəyərində 25 milyard 187 milyon kubmetr təbii qaz ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 414,5 milyon dollar və ya 4,9% artsa da, miqdar ifadəsilə 585 milyon kubmetr, başqa sözlə 2,3% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 8 milyard 407 milyon dollar dəyərində 25 milyard 772 milyon kubmetr təbii qaz ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın hər 1000 kubmetrinin orta ixrac qiyməti 350 dollar (təxminən 595 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 326 dollar (təxminən 554 manat) idi. Bu da illik müqayisədə 24 dollar (41 manat) və ya 7,4% bahalaşma deməkdir.
Bu il ümumi ixracın 35,22%-i təbii qazın payına düşüb. Ötən il isə bu göstərici 31,66% olmuşdu.










